Türk qırıcıları Əsədin ordusunu bombalamağa başladı – Dəhşətli SSENARİ REALLAŞIR

Türk qırıcıları Əsədin ordusunu bombalamağa başladı – Dəhşətli SSENARİ REALLAŞIR
19:08 20 Fevral 2018
237 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya hökumətinə bağlı qüvvələrin Afrinə daxil olduğu barədə xəbərin yayılmasından dərhal sonra bölgədə hərəkətlilik artıb.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, türk qırıcıları Bəşər Əsəd rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başlayıb.

Xatırladaq ki, daha əvvəl “Röyters” agentliyinin Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına istinadən verdiyi məlumata görə, Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələr Afrinə girməyə başlayıb.

İnternetdə Suriya hökumətində bağlı qüvvələrin Afrinə girdiyini göstərən ilk görüntülər yayılıb.

Əsədin ordusu AFRİNƏ BELƏ GİRDİ - Türkiyə ilə Suriya arasında dəhşətli MÜHARİBƏ BAŞLANIR (YENİLƏNDİ)

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR