“Qazprom” öz planlarını ixtisar etmək niyyətində deyil

Almaniyalı deputatların etirazlarına baxmayaraq, Rusiyanın inhisarçı “Qazprom” şirkəti artıq bu il “Şimal axını-2” qaz kəmərinin ikinci növbəsinin tikintisinə başlamaq və gələn ilin sonuna qədər bu işi tamamlamaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, ildə 55 milyard kubmetr qaz nəql edə biləcək “Şimal axını-2” kəmərinin uzunluğu 1220 kilometr olmalıdır. Bu kəmər Rusiyanın Ust-Luqa və Almaniyanın Qrayfsvald limanlarını birləşdirəcək.

Berlin bu qaz kəmərinə sırf iqtisadi layihə kimi yanaşır. AFR kansleri Angela Merkel bu yaxınlarda Polşanın baş naziri ilə görüşündə bir daha bildirib ki, “Şimal axını-2” kəmərinin tikintisi Avropanın qaz ilə təchizatının şaxələndirilməsi üçün əngəl olmayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR