2019-cu ildə G20 sammiti Osakada keçiriləcək

2019-cu ildə “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti Yaponiyanın Osaka şəhərində keçiriləcək. Bu barədə müvafiq qərar Yaponiya hökuməti tərəfindən verilib.

Metbuat.az xəbər verir ki, şəhər digər dövlətlərdən olan yüksək vəzifəli qonaqları yerləşdirmək üçün müvafiq infrastruktur və otellərin sayının təhlilindən sonra tədbirə ev sahibliyi etmək üçün seçilib. Sammitin keçiriləcəyi dəqiq vaxt bu il iyunun axırı və ya iyulun əvvəlində məlum olacaq.

Eyni zamanda, ölkənin cənub-qərbində yerləşən Fukuoka şəhəri G20 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Banklarının rəhbərlərinin görüşü üçün meydança qismində nəzərdən keçirilir.

Yaponiya G20 dövlətlərinin başçılarının sammitinə indiyədək heç vaxt ev sahibliyi etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR