Venesuela: “Petro” kriptovalyutası satışa çıxır

Venesuelanın yeni “Petro” adlı milli kriptovalyutası satışa çıxır.

Metbuat.az xəbər verir ki, kriptovalyutanın ilkin satışları bu gün başlayır.

Venesuela bu addımı ABŞ-ın sanksiyalarından yaxa qurtarmaq və çətin vəziyyətdə olan iqtisadiyyatını canlandırmaq istəyir.

Kriptovalyutaya Qətər, Türkiyə və Orta Şərq ölkələrindən sərmayə gözlənilir, həmçinin Avropa və Amerikadan da tələb olacağı təxmin edilir.

“Petro” kriptovalyutasının qiyməti 59 dollar təşkil edir və ilkin mərhələdə 100 milyon ədəd buraxılıb.

Neft Nazirliyinin məlumatına görə, hazırda ölkə neftinin bir barrelinin qiymətinin 59,07 dollar olması buraxılacaq “Petro”nun dəyərinin 5,9 milyard dollara çatmasına səbəb olacaq. “Petro” kriptovalyutasının beynəlxalq tədarükçülər üçün ödəniş mexanizmi olaraq istifadə edilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR