Tramp Krımın ilhaqınının günahkarını TAPDI

Tramp Krımın ilhaqınının günahkarını TAPDI
20:18 20 Fevral 2018
191 Dünya
Ölkə mətbuatı
A- A+

“Barak Obama Suriyada Rusiya təsirinin gücləndirilməsinə mane ola bilmədi”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp "Tvitter" səhifəsində yazıb.

ABŞ prezidenti sələfini ittiham edib ki, onun Rusiya barəsində siyasəti müvəffəqiyyətsiz olub.

“Çünki o, Krımın Rusiya ilə yenidən birləşməsinə və Suriyada Rusiya təsirinin gücləndirilməsinə mane ola bilmədi”, - Tramp qeyd edib.

Trampın sözlərinə görə, ABŞ onun hakimiyyəti dövründə yenidən qələbələri qazanmağa başlayıb:

“Təşəkkür “Fox & Friends” (“Fox” telekanalının “Fox & Friends” proqramında Barak Obamanın hakimiyyət illəri ilə bağlı süjet gedib - red.), Krım və Suriya da daxil olmaqla, Rusiya barəsində Obamanın administrasiyasının bütün müvəffəqiyyətsizliklərinin çox gözəl xronikası üçün. Biz yenidən qalib gəlməyə başladıq!”.

Çərşənbə axşamı “Fox & Friends” proqramının aparıcıları xatırladıblar ki, Obama ABŞ-dakı prezident seçkisi kampaniyasına müdaxilənin qarşısını ala bilmədi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR