Fransanın axtardığı qadın Türkiyədədir? (VİDEO, FOTO)

Fransanın axtardığı qadın Türkiyədədir? (VİDEO, FOTO)
00:16 11 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Paris terroruna görə axtarılan Hayat Boumeddiene bir müddətdir ki, Türkiyədədir.

ANS PRESS-in məlumatına görə, bu haqda polisdəki mənbələrinə istinadən Frans-press xəbər verib.

Hayat Boumeddiene Fransadakı hadisələr zamanı adı şübhəlilər arasında ən çox hallandıran 4 nəfərdən biridir. Digər 3 nəfərin girov götürdükdən sonra polis tərəfindən öldürüldüyü halda, Hayat Boumeddienenin hadisələrə aidiyyatı hələ də qaranlıq olaraq qalır.

Terrorçulardan biri, Amedi Koulibalinin rəfiqəsi olduğu bildirilən Boumeddiene haqda yazırdılar ki, yanvarın 8-də Parisin cənubunda qadın polisin qətlində iştirak edib. Yanvarın 9-da Parisdəki supermarketə hücum zamanı xəbər verilirdi ki, onlarla adamın girov götürülməsində Amedi Koulibali ilə birlikdə o da iştirak edib. CNN hətta xəbər verdi ki, polis mağazaya hücum edəndə Boumeddiene aradan çıxa bilib. Bir sıra Qərb mediasına əsasən isə o, ümumiyyətlə əməliyyatda iştirak etməyib.

Fransanın beynəlxalq axtarışa verdiyi Boumeddiene hazırda Parisdəki terror dalğası ilə bağlı ən çox maraq doğuran şəxsə çevrilib və hər şeydən göründüyü kimi gizlənməyə üstünlük verir.

Xəbər verilir ki, hadisə baş verəndən sonra Boumeddiene qiyafəsini dəyişib maşınla rahatca Türkiyəyə qədər gedib çıxa bilərdi. Parisdən Türkiyəyə qədər Şengen vizasında daxil olan ölkələrin sərhəddində demək olar ki, pasport nəzarəti yoxdur.


































Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR