Avropa ABŞ-la müharibə planını HAZIRLAYIR

Avropa ABŞ-la müharibə planını HAZIRLAYIR
21:48 20 Fevral 2018
163 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası ABŞ-ın Avropa İttifaqı ölkələrindən idxal ediləcək məhsullara rüsumların tətbiqi ehtimalını nəzərə alaraq cavab ölçülərini fikirləşir.

Publika.az xəbər verir ki, bu haqda Avropa İttifaqının bir neçə məmuruna istinadən “Frankfurter Allgemeine Zeitung” nəşri yazıb.

Ötən həftə ABŞ-ın ticarət naziri Uilbur Ross bildirib ki, amerikalılar polad və alüminium barəsində rüsumların tətbiqini düşünürlər. Məhdudiyyətlər yalnız Avropa istehsalı olan mallara toxunmayacaq, amma ABŞ-ın iqtisadi qərarları Avropa İttifaqı üçün ağır ola bilər. Polad üçün 24, alüminium üçün isə 7,7 faiz rüsumun tətbiqi təklif edilir.

Yanvarın 28-də ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın ITV telekanalına müsahibəsində deyib ki, Vaşinqtonun Brüssellə problemləri çoxdur və belə vəziyyət ticarət münasibətlərində daha ciddidir. Tramp qeyd edib ki, Amerika malları üçün Avropa bazarına daxil olmaq çox çətindir, amma Avropa İttifaqına üzv ölkələri öz mallarını “çox kiçik rüsumlarla” ABŞ-a göndərir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR