Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb

Ərdoğan Suriya silahlılarının Afrindən çəkilməsindən danışıb
21:52 20 Fevral 2018
139 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Suriya silahlıları Türkiyə ordusu artilleriyasının yaylım atəşindən sonra Afrindən geri çəkiliblər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bu gün axşam onlarla avtomobilin Afrin istiqamətində hərəkət etməsi qeydə alınıb. Lakin sonra artilleriya atəşi başlayıb və onlar qayıtmağa məcbur ediliblər", - deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, hər şey bununla başa çatıb.
"Dünən biz cənab Vladimir Putinlə və cənab Həsən Ruhani ilə danışıqlar aparmışıq. Bu məsələdə razılaşmamız var. Təəssüf ki, bəzi terror qruplaşmaları hərdən qeyri-düzgün qərarlar qəbul edirlər. Bu, yolverilməzdir və onlar bütün bunlara görə cavab verirlər", - deyə o əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/erdogan-suriya-silahlilarinin-afrinden-cekilmesinden-danisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR