Gəncədə sakinlərlə görüş keçirilib

Gəncədə sakinlərlə görüş keçirilib
21:54 20 Fevral 2018
82 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev seçicilər ilə görüşüb. Lent.az-ın xəbərinə görə, YAP Gəncə şəhər Təşkilatında yerləşən ofisində vətəndaşlarla keçirilən görüşdə N. Həmzəyev ayrı-ayrılıqda vətəndaşları qəbul edib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib.

 

Araşdırılması tələb olunan müraciətlər millət vəkili tərəfindən nəzarətə götürülüb, aidiyyatı orqanlara sorğular göndərilib. Müraciətlər əsasən gənclərin məşğulluğu, sənədləşdirmə, hüquqi yardım və sair ilə bağlı olub. Xüsusən gənclərin məşğulluqla bağlı müraciətləri sahəsində konkret addımlar atılıb, 6 nəfər Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə daimi işlə təmin edilib. Görüşdə deputat köməkçisi Tural Verdiyev də iştirak edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR