Rusiya idmançısında dopinq aşkarlandığından kerlinq yığmasının Olimpiya medalı alına bilər

Rusiya idmançısında dopinq aşkarlandığından kerlinq yığmasının Olimpiya medalı alına bilər
22:32 20 Fevral 2018
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Rusiyanın kerlinq idmançısı Aleksandr Kruşelniçkinin "B" dopinq testi müsbət nəticəni verib: - idmançının orqanizmində meldoni aşkar edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyadan olimpiya atletlərinin nümayəndə heyətinin bəyanatında bildirilir.
Qeyd edilir ki, idmançıda aşkar edilmiş maddənin miqdarı onun bir dəfə istifadə olunduğunu göstərir.
Bəyanatda həmçinin bildirilir ki, Rusiyanın Olimpiya Komitəsi hadisənin təfərrüatlarının hərtərəfli araşdırmasına təşəbbüs göstərir. Faktın təfərrüatları həmçinin Rusiya Federasiyasının cinayət qanunvericiliyi çərçivəsində araşdırılacaq.
"Mən açıq təsdiqləməyə hazıram ki, idmanla məşğul olduğum gündən heç vaxt qadağan edilmiş preparatlardan və idman mübarizəsinin aparılmasında hər hansı başqa qeyri-düzgün üsullarından istifadə etməmişəm", - deyə Kruşelniçkinin rəsmi açıqlamasında deyilir.
Rusiyanın Kerlinq Federasiyasının prezidenti Dmitri Svişev də öz növbəsində qalmaqaldan sonra, Qış oyunlarının bürünc medalının Rusiya yığmasından alına biləcəyini istisna etməyib.
Xatırladaq, Aleksandr Kruşelniçki xanımı Anastasiya Brızqalovla ilə birlikdə tarixdə ilk dəfə Rusiyaya Olimpiya oyunlarında kerlinq medalı qazandırıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/rusiya-idmancisinda-dopinq-askarlandigindan-kerlinq-yigmasinin-olimpiya-medali-alina-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR