İranda təyyarə qəzasında ölən 30 nəfərin meyiti tapılıb

Xilasedicilər İranda sərnişin təyyarəsının qəzaya uğraması nəticəsində həlak olan 30 nəfərin cəsədini aşkar ediblər.

Metbuat.az-ın verdiyi xəbərə görə, bu barədə PRESS TV telekanalı məlumat yayıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar cəsədlərin nəql edilməsinin yalnız çərşənbə günü mümkün olacağı bildirilir.

Xilasetmə işlərinin 4,5 min metr hündürlükdə aparıldığı qeyd olunur. Əməliyyata 100 çox xilasedici və 7 vertolyot cəlb edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR