Ərdoğan Əsəd qüvvələrinin geri çəkilməsindən danışdı

Ərdoğan Əsəd qüvvələrinin geri çəkilməsindən danışdı
23:04 20 Fevral 2018
137 Digər
Ölkə mətbuatı
A- A+

Bəşər Əsədi dəstəkləyən hərbi dəstələr Türkiyə artilleriyasının atəşindən sonra Afrin şəhərindən geri çəkiliblər”. APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

 

“Bu gün axşam saatlarında Afrinə doğru irəliləyən 10-dək pikap aşkar edilib. Artilleriya atəşindən sonra onlar geri çəkilməyə vadar ediliblər. Hələlik hər şey bununla bitib. Dünən hörmətli Putin və Ruhani ilə danışığımız olub, bizim bu məsələ ilə bağlı razılaşmalarımız var. Təəssüflər olsun ki, bəzi terrorçu qruplar özləri bəzən yanlış qərarlar verirlər, bu qəbuledilməzdir, onlar buna görə tam cam verəcəklər”, - deyə Ərdoğan Ankarada jurnalistlərə bildirib.     

 

Bundan əvvəl verilən xəbərə əsasən, Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Afrinə doğru irəliləməyə cəhd edən Əsəd yönümlü hərbi dəstələr geri çəkilib. 

 

Məlumata görə, Türkiyə artilleriyasının zərbələrinə tuş gələn hərbi dəstələr Afrinin 10 kilometrliyində dayandırılıb.

 

Bundan əvvəl bəzi KİV-lər hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.  

 

Ötən gün Suriyanın SANA dövlət xəbər agentliyi “Suriya Xalq Qüvvələri” adlandırılan hərbi dəstələrin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya ordusunun Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi. Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq da Suriya ordusunun Afrinə daxil olmaq planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR