Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb
23:17 20 Fevral 2018
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev onun müavini təyin olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Milli Aviasiya Akademiyasının rektoru, akademik, Arif Paşayev, Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Rasim Əliquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Şuranın üzvləri rəyin ediliblər.  

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycan-respublikasi-elmi-tedqiqatlarin-elaqelendirilmesi-surasi-yaradilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR