ABŞ-da orta məktəbdə ATIŞMA

ABŞ-da orta məktəbdə ATIŞMA
23:23 20 Fevral 2018
136 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ohayo ştatının Massilon şəhərinin rəhbərliyi təhsil müəssisəsində şagirlərdən birinin güllə yarası almasında sonra təxliyyə elan edib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə məktəb dairəsinin saytında məlumat yayılıb.

Qeyd edilir ki, söhbət 7-ci sinif şagirdindən gedir. Hadisə məktəbin ayaqyolunda baş verib.

İlkin məlumata görə, məktəbli təhsil müəssisəsinə tapança ilə gəlib və özünə atəş açıb. Onun təsadüfən, yaxud qəsdən özünə atəş açması hələlik müəyyənləşdirilməyib.

Hadisədən sonra məktəbli xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR