Çexiya Azərbaycanda yük maşınları yığacaq

Çexiyanın "Tatra" yük maşınlarının Azərbaycanda yığılması 2018-ci ilin mayında başlayacaq.

Metbuat.az-ın məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka deyib.

O qeyd edib ki, may ayında bu prosesin işə salınmasında iştirak etmək üçün Çexiyanın sənaye naziri Tomaş Ginerin Azərbaycana səfəri nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl səfir Azərbaycanda istehsal olunan "Tatra" yük maşınlarının xaricə ixrac ediləcəyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR