Əhməd Arslan: "Çindən Avropaya qədər uzanan ticarətin Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən reallaşması əsas hədəflərdəndir"

Əhməd Arslan: "Çindən Avropaya qədər uzanan ticarətin Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən reallaşması əsas hədəflərdəndir"
00:32 21 Fevral 2018
120 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolu xətti Gürcüstanla Türkiyə arasında iqtisadi əməkdaşlığa böyük imkanlar yaradacaq.
"Report" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Əhməd Arslan bildirib ki, Gürcüstanla Türkiyə arasında əlaqələrin daha da genişlənməsi ilə nəticələnəcək bu layihə qürurvericidir. Ölkələr layihə çərçivəsində Asiya və Avropa arasında nəqliyyat dəhlizi yaradıblar.
"Çindən başlayaraq Avropaya qədər uzanan ticarətin Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən həyata keçirilməsi əsas hədəflərimizdən biridir", - deyə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri qeyd edib.
Bütün ölkələrin terrorçuluqdan əziyyət çəkdiyini deyən Əhməd Arslan terrorun tamamilə aradan qaldırılması istiqamətində Türkiyənin Gürcüstanla mühüm iş birliyi qurduğunu qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ehmed-arslan-cinden-avropaya-qeder-uzanan-ticaretin-baki-tbilisi-qars-demir-yolu-xetti-uzerinden-reallasmasi-esas-hedeflerdendir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR