BMT-dən Afrinə dair çağırış

BMT-dən Afrinə dair çağırış
01:49 21 Fevral 2018
114 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələrin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatı başa çatdırmaq gərəkdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi Antoniu Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.  

 

“Bu əməliyyatlara son qoyulmalıdır. Döyüşlərin sayı artdıqca köməyə ehtiyacı olan insanlara yardım imkanları azalır”, - deyə o bildirib.    

 

Bundan əvvəl verilən xəbərə əsasən, Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra Afrinə doğru irəliləməyə cəhd edən Əsəd yönümlü hərbi dəstələr geri çəkilib.

 

Türkiyə artilleriyasının zərbələrinə tuş gələn hərbi dəstələr Afrinin 10 kilometrliyində dayandırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR