BMT Afrindəki əməliyyatı dayandırmağa çağırır

BMT Afrindəki əməliyyatı dayandırmağa çağırır
05:13 21 Fevral 2018
134 Dünya
Ölkə mətbuatı
A- A+

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Türkiyəni Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatları dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu hərbi əməliyyatları dayandırmaq zəruridir. Döyüşlər nə qədər çox olsa, bizim yardıma ehtiyacı olanlarla əlaqəmiz o qədər az olar", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Suriyanın Bəşər Əsədə bağlı silahlılarının Afrinə doğru hərəkət etməsi barədə məlumat yayılıb. Türkiyə ordusunun Afrində terrorçulara qarşı keçirdiyi "Zeytun budağı" əməliyyatı bu il yanvarın 20-də başlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR