Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO
06:03 21 Fevral 2018
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda içərisi sərnişinlə dolu olan 49 saylı avtobusun sürücüsü təhlükəli manevr edib.

Publika.az Xezerxeber-ə istinadən xəbər verir ki, görüntülər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində lentə alınıb.

Kadrlardan avtobusun qarşısında bir avtomobilin asta sürətlə hərəkət etdiyi hiss olunur. Sürücü isə həmin minik maşınının yavaş getdiyini görüb, əks istiqamətə çıxaraq onu keçir. O, bu hərəkəti ilə sərnişinlər və qarşıdan gələn avtomobillər üçün təhlükə yaradır. Həmin sürücünü tapıb, bunun səbəbini soruşduq.

Sözügedən daşıyıcı şirkətin xətt nəzarətçisi Məqsəd Baratov bildirdi ki, həmin sürücü cəzalandırılacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülər araşdırılacaq. Daşıyıcı şirkətin rəhbərliyinə, anoloji hadisənin təkrarlanmaması üçün xəbərdarlıq ediləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/231915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR