Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq, onlar da Qarabağı geri qaytacaqlar” - VİDEO

Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq, onlar da Qarabağı geri qaytacaqlar” - VİDEO
08:03 21 Fevral 2018
356 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısı olan Adnan Oktar Minval.info-nun əməkdaşı Fərid Ağalarova müsahibə verib.

Bir saata yaxın davam edən və canlı yayımlanan müsahibə zamanı A.Oktar müxtəlif sualları cavablandırıb. Əməkdaşımızın, “Azərbaycan və Türkiyə əlaqələri barədə danışan zaman bir millət, iki dövlət olduğumuzu qeyd edirsiniz. Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir. Çıxışlarınızdan birində isə türklərin ermənilərlə qardaş olduğunu və sərhədlərin qeyri-şərtsiz açılmalı olduğunu bildirmisiniz. Bu iki fikir bir-biri ilə ziddiyyət təşki edir. Bunu necə anlamaq olar” sualına belə cavab verib:

“Biz Ermənistanla sərhədlərimizi açacağıq, onlarla qardaş olacağıq, viza sistemini aradan qaldıracağıq. Mən əminəm ki, Ermənistan da bu dostluğa, qardaşlığa bir jestlə qarşılıq verəcək. Bunu bildiyim üçün deyirəm, bilmədiyim bir şey haqda danışmaram, Ermənistan Azərbaycandan aldığı torpaqları geri qaytaracaq. Və deyəcək ki, Azərbaycanla da sərhədlərimiz açılsın, cinayətkarlar da mühakimə ediləcək. Beləliklə, biz həm Azərbaycan və Ermənistanı, həm də Türkiyə və Ermənistanı dostlaşdıracağıq. Bununla da, türk-islam birliyinin ilk nüvəsi atılmış olacaq. Azərbaycan, Ermənistan və Gürcüstanla, Rusiya və digər türk dövlətləri ilə birləşib Turanı yaradacağıq.

Turanın formalaşması üçün Ermənistanın da Turan sərhədləri daxilində olması şərtdir. Turan hər kəsə qollarını açan bir gözəllikdir. “Türkiyə Turan olsun, düşmənin ölkəsi dağılsın, viran olsun” sözü də buradan gəlir.

Düşmən deyəndə Deccaliyyət sistemi viran olsun. “Tanrı türkü qorusun və ucaltsın” sözü də buradan gəlir və gözəl bir duadır. Türk birliyinin yaradılmasında Ermənistansız birlik düşünmürük. Ermənistanla sərhədləri açacağıq, onlar da bütün işğal etdikləri torpaqları Azərbaycana geri qaytaracaq, qatilləri təhvil verəcək, qatillər həbs ediləcək və ədalət bərpa olunacaq. Ermənistanla qucaqlaşıb, qardaş olacağıq. Ermənistanda yanan intiqam atəşi sönəcək, daha əvvəlki ziyarətimizdə söndüyü kimi… Beləliklə, yüz illərdir davam edən bu əzab sona yetəcək. Hər yerdə müsəlmanlar azad və sülh şəraitində yaşayacaq”.

Qeyd edək ki, müsahibənin tam versiyası yaxın günlərdə minval.info saytında dərc ediləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/231921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR