Sevdiyi qızın ailəsini öldürən cani - "Bu dəfə qaçırmağa gəlmişdim"/ FOTOLAR

Türkiyədə sevdiyi qızla evlənməyinə icazə verməyən qızın ailəsini öldürüb ardınca canlı yayım edən qatil Ali Saral məhkəmədə ilk ifadəsini verib.

Metbuat.az Türkiyə KİV-inə verdiyi istinadən bildirir ki, Balıkesir şəhərində sevdiyi qızı iki ildir istəyən, amma qızın ailəsi tərəfindən rədd cavab aldıqdan sonra qızın ailəsini qətl edən cani ifadəsində, "Bu dəfə qaçırmaq istədim, söhbətin mübahisəyə çevrilməsi ilə də ətrafa atəş etməyə başladım"- deyib.

Balıkesir rayonunda, evlənmək istədiyi qızın ailəsindən mənfi cavab alan Əli Saralın öldürdüyü 3 nəfər gec saatlarda dəfn edilib.

Caninin ilk ifadəsində Çetinkaya ailəsinin evinə son dəfə danışmaq məqsədilə getdiyini, iki il əvvəl istədikləri Gülşən Çetinkayanı bu dəfə qaçırmaq istədiyini dediyi, nitqin mübahisəyə dönüşməsi ilə də ətrafa atəş açmağa başladığını bildirdiyi öyrənilib.

Tural İsmayılov/ Metbuat.az

http://matbuat.az/news/902031/oten-gun-axtarisda-olan-19-nefer-saxlanilib.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR