Süni intellekt pasiyentin gözlərinə görə ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağı öyrənib

Süni intellekt pasiyentin gözlərinə görə ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağı öyrənib
10:35 21 Fevral 2018
Ölkə mətbuatı
A- A+

“Google” və onun tibbi texnologiyalar üzrə ixtisaslaşmış “Verilu” adlı törəmə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış alqoritm gözün torlu qişasının şəkillərinin təhlili əsasında insanda ürək-damar xəstəliklərinin yaranma riskini öncədən xəbər vermək qabiliyyətinə malikdir.
 
“The Verge” nəşri yazır ki, təklif edilmiş metod pasiyentin qan analizinə əsaslanan mövcud testlər kimi təxminən eyni proqnozlaşdırma dəqiqliyinə malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, mütəxəssislər alqoritmin təlimi üçün təxminən 300 min pasiyentə aid gözün torlu qişasının şəkilləri və tibbi göstəricilərindən ibarət bazadan istifadə ediblər. Bu məlumatlar əsasında proqram torlu qişanın təsvirləri üzrə insanın yaşını, onun qan təzyiqini, həmçinin siqaret çəkib-çəkmədiyini müəyyənləşdirməyi öyrənib. Bu məlumatlar ümumilikdə ürək-damar xəstəliklərinin inkişaf riski barədə fikir yürütməyə imkan verir.
 
“The Verge” nəşri yazır ki, gələcəkdə “Google”un alqoritminin tətbiqi həkimlərin işini asanlaşdıra bilər, ancaq öncə bu metod dəqiq yoxlamadan keçməlidir.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-53054-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR