Pxençxan-2018: Kanada 9-cu qızıl medalını əldə edib

Pxençxan-2018: Kanada 9-cu qızıl medalını əldə edib
10:57 21 Fevral 2018
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Kanadalı Breydi Lemen Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında fristaylın ski-kross növü üzrə kişilərin yarışında qızıl medal qazanıb.
“Report” xəbər verir ki, isveçrəli Mark Bişofberger ikinci, rusiyalı Sergey Ridzik isə üçüncü yeri tutub.
Qeyd edək ki, bu, Kanadanın 9-cu "qızıl"ı, ümumilikdə isə 20-ci medalı olub. Medal sayında ilk pillədə Norveç (30 medal), ikinci sırada Almaniya qərarlaşıb (23). Kanada isə üçüncü yerdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/pxencxan-2018-kanada-9-cu-qizil-medalini-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR