Tailand blokçeyn texnologiyasına əsaslanan eyniləşdirmə sistemini yaradacaq

Tailand blokçeyn texnologiyasına əsaslanan eyniləşdirmə sistemini yaradacaq
11:35 21 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Tailand İnformasiyalaşdırma Nazirliyi “Omise” şirkəti ilə birgə paylanmış reyestr texnologiyası əsasında şəxsiyyətin eyniləşdirilməsi və ödəmə xidməti üzrə milli sistemin yaradılması üzərində işə başlayıblar. “Omise” tərəfindən hazırlanmış sistemdən internetdə fırıldaqçılığın qarşısının alınması, cinayətkarlığın səviyyəsinin azaldılması, dövlət xidmətləri sistemində şəxsiyyətin eyniləşdirilməsi və onlayn tranzaksiyaların çevik həyata keçirilməsi üçün istifadə etmək planlaşdırılır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, “Omise” şirkətinin təsisçisi Cun Haseqava tviter bloqunda yazıb ki, tezliklə bütün Tailand vətəndaşları zamanla hər bir kəsin həyatını yaxşılaşdıracaq blokçeyn texnologiyasının üstünlüklərini qiymətləndirə biləcəklər.
 
Tərəflər hələ ki layihənin istifadə tarixini açıqlamayıblar, çünki o, erkən hazırlanma mərhələsindədir. Ehtimal ki, cari ilin sonuna yaxın bu barədə yeni informasiya olacaq, çünki mütəxəssislər məhz o zaman sistemin alfa-versiyasını təqdim etməyi planlaşdırırlar.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-53056-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR