Zərərsizləşdirilən terrorçuların sayı 1780 nəfərə çatıb -"Zeytun budağı" əməliyyatı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatı 33-cü gündə uğurla davam edir.

Metbuat.az məlumat verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) açıqlamasına görə, əməliyyat çərçivəsində bu günədək 1780 terrorçu zərərsizləşdirilib. 80-dən çox yaşayış məntəqəsi terrorçulardan azad edililb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR