Növbəti tədris ilində Gəncə, Sumqayıt və Abşeronda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

Növbəti tədris ilində Gəncə, Sumqayıt və Abşeronda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb
13:12 21 Fevral 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ "2018/2019-cu tədris ili üçün Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir".
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin şagirdlərin 60 faizi, yəni 8 min nəfərdən çoxu məktəbəhazırlıq qruplarında təhsil aldıqları üçün onlar 1-ci sinfə birbaşa qəbul olunacaqlar.
Nazirlik rəsmisi əlavə edib ki, ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55, bu il isə 65 faizi məktəbəhazırlıq qruplarında təhsil alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/novbeti-tedris-ilinde-gence-sumqayit-ve-abseronda-i-sinfe-gedecek-sagirdlerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR