"SOCAR Trading" Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib

"SOCAR Trading" Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində öz tədbirini uğurla həyata keçirib
13:17 21 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Britaniya Enerji İnstitutunun təşkilatçılığı ilə Londonda Beynəlxalq Neft Həftəsi ("IP Week-2018”) keçirilir.
"Report" xəbər verir ki, hər il təşkil olunan tədbirə 50-dən çox ölkədən 1500 nəfərdən çox nümayəndə qatılıb.
Toplantıya qatılan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading" artıq 7 ildir Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbir keçirir. "SOCAR Trading"in tədbir təşkil etməsində əsas məqsədi Azərbaycanın beynəlxalq biznes əlaqələrinin daha da artması, beynəlxalq biznes münasibətlərinin inkişaf etdirilməsidir. Həmçinin, tədbirin məqsədi şirkətin həyata keçirdiyi işlər barədə məlumat vermək, yeni-yeni tərəfdaşlar əldə etmək olub. Tədbiri SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları və yerli diaspor nümayəndələri də ziyarət ediblər.
Qeyd edək ki, bu ilki tədbir “Neft və qaz əməliyyat modellərinin yenidən qurulması: keçid sənayesi” mövzusuna həsr olunub. Tədbirin birinci günündə neft investisiyalarının repatriasiyası və onun qlobal enerji bazarına təsiri, yeni çağırışlar, yeni prioritetlər, yeni seçimlər, neft və qaz sənayesinin yenidən formalaşdırılması, dəyişən enerji balansında neft və qazın rolu və digər məsələlərdən danışılıb.
Ötən gün başlayan tədbir fevralın 22-də başa çatacaq. 







Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-trading-londonda-beynelxalq-neft-heftesi-cercivesinde-oz-tedbirini-ugurla-heyata-kecirib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR