Ermənistanın Azərbaycana qarşı ŞOK PLANI - Şirinyan hər şeyi BİR-BİR AÇDI

Ermənistanın Azərbaycana qarşı ŞOK PLANI - Şirinyan hər şeyi BİR-BİR AÇDI
13:18 21 Fevral 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

İşğalçı Ermənistanda 2016-cı il dördgünlük aprel müharibəsində aldığı zərbələri uzun müddət yaddan çıxmayacaq. Siyasətşünaslıq elmləri doktoru Levon Şirinyanın Ermənistan mediasına dedikləri də bunu sübut edir.

Publika.az xəbər verir ki, erməni ekspert Azərbaycanın növbəti hücumunu gözləməyin lazım olmadığını, Ermənistanın özünün hücum etməli olduğunu bildirib.

Levon Şirinyanın sözlərinə görə, aprel müharibəsində itirilən Lələ Təpə rəqib üçün rahat mövqe ola bilər və onu qaytarmaq lazımdır.

“Ermənistan bu gündən preventiv müharibə siyasətinə tərəfdar olmağa başlamalıdır. Əgər biz aprel müharibəsinə qədər bu siyasətə tərəfdar olsaydıq, bizdə belə itkilər olmayacaqdı, bir gün əvvəl erməni artilleriyası işləsəydi və düşmən texnikası hələ ilk mövqelərdə məhv edilmiş olsaydı, bizdə qurbanlar olmazdı”, - erməni ekspert iddia edib.

Şirinyan sərsəmləyərək təklif edib ki, Ermənistan “talış dövləti”nin yaradılmasına kömək etməli, Azərbaycan dağıdılmalıdır:

“Bizdə belə resurslar varmı? Deyirlər ki, xeyr. Amma daha 25 il belə otursanız, bu resurslar olmayacaq. Bu resursları hazırlamaq, təhlükəli hərəkətlərə çox tez-tez qaçmaq lazımdır. Bizim geri çəkilmək şansımız yoxdur”.

Genişmiqyaslı müharibəni mümkün hesab edən politoloqun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.

“Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil”, - Şirinyan qeyd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/231967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR