Gürcüstan DİN başçısının müavini Aİ ilə vizasız rejimi xilas etmək üçün Almaniyaya gedib

Gürcüstan DİN başçısının müavini Aİ ilə vizasız rejimi xilas etmək üçün Almaniyaya gedib
13:27 21 Fevral 2018
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Gürcüstanın daxili İşlər nazirinin müavini Nino Cavaxadze Avropa ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması problemini və Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız giriş rejiminin ləğv edilməsi təhlükəsini müzakirə etmək məqsədilə Almaniayaya gedib.
Bu barədə "Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir.
Qeyd edək ki, fevralın əvvəlində Almaniyanın daxili işlər naziri Tomas de Mezyer sığınacaq axtaran şəxslərin sayının artması təqdirində Gürcüstanla Aİ arasında vizasız rejiminin dayandırılması mexanizminin işə salına biləcəyini istisna etməyib, o cümlədən kriminal vəziyyətin artması ilə əlaqədar narahatlığını ifadə edib.
Almaniya DİN-in 2017-ci ilin yanvar ayına olan məlumatına görə, Gürcüstan vətəndaşları bu ölkədə sığınacaq axtaranlar arasında yeddinci yerdədir.
Gürcüstan hökuməti artıq Aİ ilə vizasız rejim qaydasını təhlükə altına salan şəxslərə qarşı qanunları sərtləşdirmək, tərəfdaş ölkələrlə əməkdaşlığı aktivləşdirmək və ölkə miqyasda fəal informasiya kampaniyası aparmaq niyyətini bəyan edib.
Əlavə edək ki, Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili Avropada sığınacaq axtarışının Gürcüstan üçün problemli məsələlərdən biri olduğunu söyləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-di-n-bascisinin-muavini-ai-ile-vizasiz-rejimi-xilas-etmek-ucun-almaniyaya-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR