Azərbaycan vətəndaşının çantalarında 45 ədəd qızıl əşya aşkarlanıb

Azərbaycan vətəndaşının çantalarında 45 ədəd qızıl əşya aşkarlanıb
13:27 21 Fevral 2018
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 185,12 qram olan 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon aşkar edilib.
Faktlabağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasinin-cantalarinda-45-eded-qizil-esya-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR