Rusiya hüquq-mühafizə orqanları kriminal avtoritetləri
ölkədən qovur.
Rusiya mətbuatı xəbər verir ki, deportasiya haqqında qərarı şəxsən
daxili işlər naziri Vladimir Kolokoltsev verib.
Qeyd olunub ki, hazırda 51 yaşlı Aslan Kobuladze və Suliko
Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana
yola salınacaq.
Məlumatda bildirilib ki, bundan əvvəl isə Rusiyadan Gürcüstana
Baçuka Paçuliya, Azərbaycana isə Dadaş Bakılı deportasiya
edilib.
Formal olaraq deportasiya Cinayət Məcəlləsi əsasında keçirilir.
“Qanuni oğrular”ı ən çox dələduzluq, narkotik maddələrin saxlanması
və satışına görə saxlayırlar.
Bildirilib ki, Hazırda “qanuni oğru” adı alan 318 nəfər
azadlıqdadır. “Qanuni oğru”ların 114-ü həbs edilib, 31-i istintaq
altında, 19-u isə axtarışdadır.
Rusiyada ən çox “qanuni oğru” Gürcüstan vətəndaşıdır - 242 nəfər.
İkinci yerdə ruslar qərarlaşıb - 51. “Qanuni oğru” adı alan
azərbaycanlıların sayı isə 16 nəfərdir. (azvision.az)