Uşağının ağlamasından şübhələnən ana evə kamera yerləşdirdi

Rusiyanın Nefteyuqansk şəhərində uşağının tez-tez ağlamasından şübhələnən Yelena Levendeeva evə gizli kamera yerləşdirib.

Metbuat.az xəbər verir ki, kamerada qeyd edilən görüntülər gənc ananı şoka salıb. Görüntülərdə baxıcı Anastasiya Zhelyabovanın 8 aylıq körpəyə işgəncə verdiyi görülüb. Cani qadın uşağın burnunu sıxaraq nəfəs almasını əngəlləyib, üzünə vurub qolundan tutaraq kənara atıb.

Gənc ana oğluna işgəncə verən qadının ən sərt şəkildə cəzalandırılmasını istəyib.

Məlumata görə, Anstasiya Zhelyabova 10 il həbs cəzasına məhkum edilib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR