Qulağınızı bu üsulla təmizləməyin - DİQQƏT! Kar ola bilərsiniz

Həkimlər qulaq təmizləyən çubuqların sağlamlığa zərərli olduğunu bildiriblər.

Metbuat.az xəbər verir ki, burun-boğaz xəstəlikləri üzrə professor Mete Kıroğlu qulaq təmizləmə çöplərinin xarici qulaq yolundakı qoruyucu ifrazatı alaraq, burada iltihab əmələ gəlməsini asanlaşdırdığını deyib. Bu çöplər qulaqda infeksiya yaratmaqla yanaşı qulaq pərdəsinin cırılmasına hətta, karlığa səbəb ola bilər:

"Qulağınızı təmizlədiyiniz zaman "buşon" adlı qulaqdakı iri kirlər bilmədən irəli foğru itələnərək qulaq pərdəsinə yapışır".

Həkim əlavə edib ki, insanların qaşıntı səbəbi ilə qulağını qurcalaması da doğru deyil. Bu oradakı mikroorqanizmlərin aktiv hala gəlməsinə səbəb olur və xarici qulaq yolunun özünüqoruma mexanizminin pozulmasına gətirib çıxarır.

Aysel Yaqubqızı / Metbuat.az

Dəri xərçənginə tutulan qadın çölə çıxa bilmir - Xəstəlik onu tanınmaz hala saldı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR