Milli Məclisin komitə sədri Xocalı soyqırımına görə İsrailə gedir

Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində Heydər Əliyev Fondunun dəstəyi və “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcək.

Metbuat.az-ın məlumatına görə, mərasimdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin tarixi və ağır nəticələri barədə məlumat veriləcək.

Səfər fevralın 25-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR