SOCAR AQŞ “Günəşli”də yeni quyu tikib

SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyu tikintisini uğurla və vaxtından əvvəl başa çatdırıb.

Metbuat.az xəbər verir ki, bu barədə SOCAR AQŞ məlumat yayıb. Bildirilir ki, müəssisə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2 min 800 metr olan 324 saylı quyunun tikintisi işlərini təhlükəsiz, vaxtından əvvəl və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb. Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

SOCAR bu quyuda olduğu kimi, növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR