Tbilisidəki zavodların birində güclü yanğın baş verib

Gürcüstanın paytaxtı Tbilisidəki zavodların birində güclü yanğın baş verib.

Metbuat.az xəbər verir ki, yanğın paytaxtın Eristavi küçəsində, “Didube” metro stansiyasının yaxınlığındakı zavodda baş verib. Zavodun anbarındakı yüngül sənaye malları, sintetik və plastmas məhsullar yanır. Ətrafı qatı tüstü bürüyüb.

Yanğının səbəbi məlum deyil.

Əraziyə 18 yanğınsöndürən briqada və təcili tibbi yardım maşınları cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR