Play Store

“Air France” uzaq məsafəli uçuşların 50 faizini təxirə salıb

“Air France” kompaniyası əməkdaşlarının keçirdiyi tətillər Parisdən uzaq məsafəli təyyarə reyslərinin azı yarısının təxirə salınmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, bundan başqa, orta məsafəli reyslərin 25 faizi, yaxın məsafəli reyslərin isə 15 faizi müvəqqəti olaraq həyata keçirilmir.

Kompaniya rəhbərliyi sərnişinlərə ya səfərlərini təxirə salmağı, ya da əlavə ödəniş etmədən biletlərini sonrakı vaxtlarla dəyişməyi tövsiyə edir.

Maaşlarının artırılmasını tələb edən “Air France” kompaniyası əməkdaşlarının tətili bütün gün boyu davam etdirəcəkləri bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR