Fransalı mütəxəssislər təyyarə qəzası ilə bağlı İrana gəlib

Fransanın 7 nəfərdən ibarət mütəxəssis qrupu İranın dağlıq ərazisində baş verən təyyarə qəzasının səbəblərini təhqiq etmək üçün Tehrana gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb. Ekspertlərdən üçü mülki aviasiya ilə bağlı insidentlərin təhqiqi ilə məşğul olan komissiyanın nümayəndəsi, dördü isə ATR kompaniyasının ekspertidir.

Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysini həyata keçirən “Aseman Airlines” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub. Təyyarənin bəzi hissələri və qəza qurbanlarının cəsədləri dünən yüksək dağlıq ərazidə aşkarlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR