Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 66,3 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,6 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 65,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,61 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 20-də 61,43 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,65 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 20-də 64,33 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,59 dollar/barel azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR