ÇL: “Şaxtyor”dan qələbə, “MY” İspaniyadan qolsuz dönür

ÇL: “Şaxtyor”dan qələbə, “MY” İspaniyadan qolsuz dönür
01:49 22 Fevral 2018
142 Digər
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

 

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son cütlüklər meydana çıxıb. Apasport.az saytının məlumatına görə, bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönəlib.

 

 

"Sevilya" ilə "Mançester Yunayted" arasındakı qarşılaşmaya maraq daha böyük olub. Bu, eyni zamanda "Çelsi" - "Barselona" cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olub. Görüş qolsuz bərabərliklə başa çatıb.

 

Mərhələnin digər görüşü Xarkovda baş tutub. "Qarabağ"ın yer aldığı C qrupunu zirvədə tamamlayan "Roma" "Şaxtyor"un qonağı olub. Oyunda hesabı qonaqlar açıb. Cengiz Ünder Çempionlar Liqasında ilk qolunu vurub. Amma fasilədəln sonra toparlanan "Şaxtyor" qələbə qazana bilib. Fred və Ferreyra komandalarına qələbə gətirən qollara imza atıblar.

 

 

UEFA Çempionlar Liqası

 

1/8 final mərhələsi (ilk oyunlar)

 

21 fevral

 

"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0

 

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya) - 2:1

 

Qollar: Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41


 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR