Rusiyalı senator:"İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var"

Rusiyalı senator:"İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var"
03:14 22 Fevral 2018
114 Digər
Ölkə mətbuatı
A- A+

İraqda valideynlərini hərbi əməliyyatlar zamanı itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var.

 

APA-nın RİA Novost agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib.

 

Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var.

 

Ziyad Sabsabi bildirib ki, söhbət 7-8 yaşı olan uşaqlardan gedir: “Əvvəllər biz MDB vətəndaşlarını da İraqdan gətirə bilirdik, lakin bu sonradan qadağan olundu. Rusiya qanunlarına görə, biz xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik”.

 

Qeyd edək ki, fevralın 21-də Bağdaddan Moskvaya Dağıştanlı oğlan uşağı gətirilib. Onun İŞİD-ə qoşulan atası həlak olub, anasının yeri isə müəyyənləşdirilməyib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR