Tramp müəllimlərə silah verilməsini təklif etdi

Tramp müəllimlərə silah verilməsini təklif etdi
03:49 22 Fevral 2018
112 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp məktəb müəllimlərinə silah verilməsini təklif edib.

 

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, ABŞ lideri bu barədə Florida ştatından olan müəllim və şagirdlərlə görüşdə deyib.

 

Onun sözlərinə görə, bununla bağlı təhsil işçiləri xüsusi təlim keçməli, təhlükəsizliyin təmin edilməsi üçün keçmiş hərbçilər məktəblərdə işə cəlb olunmalıdır. 

 

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR