Şəkidə üç uşaq anası sirkə turşusundan zəhərlənib

01:17 11 Yanvar 2015
153 Digər
Ölkə mətbuatı
A- A+

[ 11 Yanvar 2015 01:12 ]


Şəki. Vüqar Heydərov-APA. Şəkidə üç uşaq anası sirkə turşusundan zəhərlənib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri, Abid Əfəndiyev ev 10 ünvanında yaşayan 1987-ci il təvəllüdlü  Rəvanə İbrahim qızı Hümbətova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 28 yaşlı Rəvanə Hümbətova bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Hümbətovaya lazımi tibbi yardım göstərilib, vəziyəti orta-ağır qiymətləndirilir.

 

Məlumatda Rəvanə Hümbətovanın evli və üç uşaq anası olduğu bildirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR