Sürücü çökən binanın altından belə xilas oldu - Dəhşətli VİDEO

Türkiyənin Kadıköy rayonunda binanın çökməsi nəticəsində yoldan keçən avtomobildə qorxulu anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Fənərbaxça Tunaman küçəsində meydana gəlib. Bir binanın sökülməsi üçün işləyən iş mexanizminin zərbəsi ilə binanın 2 mərtəbəsi nəzarətsiz şəkildə çöküb.

Bu zaman küçədə hərəkət edən avtomobilin üzərinə çınqıl parçaları düşüb. Həmin təhlükəli anlar yoldan keçən başqa şəxs tərəfindən anbaan çəkilib.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR