ABŞ son 10 ildə dünya banklarını 243 mlrd. dollar cərimələyib

ABŞ son 10 ildə dünya banklarını 243 mlrd. dollar cərimələyib
12:07 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ-ın maliyyə bazarı tənzimləyiciləri dünya banklarını 2008-ci il maliyyə böhranından bugünədək 243 mlrd. dollar həcmində cərimələyib. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu məlumat "Keefe, Bryuette & Woods" araşdırma və investisiya şirkətinin hesabatında verilib.
Cərimələrin əksəriyyəti investorların ipoteka kreditlərinin keyfiyyəti ilə bağlı aldadılması ilə əlaqədardır. "MarketWatch" araşdırma şirkətinin məlumatına görə, məhz bu səbəb ABŞ fond birjalarının 2008-ci ildə kəskin ucuzlaşmasına səbəb olub.
Cərimə və kompensasiyaların ödənilməsinə görə lider "Bank of America"dır. Son 10 ildə bu bank 76,1 mlrd. dollar cərimə ödəyib. İkinci sırada "JPMorgan Chase" (43,7 mlrd. dollar), üçüncü sırada "Citigroup" (19 mlrd. dollar) yer alıb.
Xarici banklar arasında ilk sırada 14 mlrd. dollarlıq ödənişlə "Deutsche Bank", sonrakı yerlərdə isə "Royal Bank of Scotland" (10,1 mlrd. dollar) qərarlaşıb. "BNP Paribas", "Credit Suisse" və UBS isə hər biri 6 mlrd. dollardan çox cərimə ödəyib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-son-10-ilde-dunya-banklarini-243-mlrd-dollar-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR