“Dəməşq və YPG…” - Ankara kəşfiyyat xəbərini AÇIQLADI

“Dəməşq və YPG…” - Ankara kəşfiyyat xəbərini AÇIQLADI
13:23 22 Fevral 2018
127 Dünya
Ölkə mətbuatı
A- A+

“Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da, razılaşa bilməyiblər”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

“Türkiyə bölgədəki terror təşkilatları və terrorçuları təmizləyənə kimi, bu mübarizə davam edəcək. Əgər rejim qüvvələri formanı dəyişdirərək YPG/PYD sifəti ilə Afrinə girərsə, onlar da hədəfdir. Bunu etmək istəyən heç kimə fərq qoyulmayacaq”, - hökumət sözçüsü deyib.

Xatırladaq ki, fevralın 20-də Suriyanın hökumət qüvvələrinə bağlı silahlılar Afrinə girməyə cəhd ediblər. Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkiliblər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/232097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR