Play Store

Xocalı soyqırımı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir - Baş Katib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımın 26-cı ildönümü ilə əlaqədar bəyanat verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, İƏT-in mətbuat xidmətindən bu barədə məlumat verilib.

Baş katib vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazisinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə və İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib.

Daha sonra baş katib Azərbaycan ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha vurğulayıb.

Baş katib 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımda həyatını itirmiş insanların xatirəsini yad edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR