ETSN Baş Prokurorluğa müraciət etdi

ETSN Baş Prokurorluğa müraciət etdi
14:59 22 Fevral 2018
61 Digər
Ölkə mətbuatı
A- A+

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi  nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
 
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, keçirilən reyd zamanı İmişli rayonu Əliyetməzli kəndi ərazisində Kür çayının mühafizə zonasında yaşköküstə 50 ədəd yulğun kolunun kəsildiyi aşkar edilib.
 
 
Araşdırma zamanı yulğun kollarının  İmişli rayonu Əliyetməzli kəndi sakini Soltan Baxşəliyev tərəfindən  kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
 
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295252

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR