Yeraltı kabelin zədələnməsi nəticəsində Binə qəsəbəsinin bir hissəsi işıqsız qalıb

Yeraltı kabelin zədələnməsi nəticəsində Binə qəsəbəsinin bir hissəsi işıqsız qalıb
15:02 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Xəzər rayonu Binə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Qəsəbənin Atçılıq massivi adlanan yaşayış ərazisində təxminən 300-ə qədər abunəçinin işığı kəsilib. 
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a açıqlamasında kəsintini əraziyə gedən yeraltı kabel xəttinin zədələnməsi ilə əlaqələndirib: “Kimsə həmin ərazidə qazıntı işləri aparıb və ehtiyatsızlıqdan qəsəbənin bir hissəsini qidalandıran yeraltı kabel xəttini zədələyib. Hazırda əməkdaşlarımız qəza yerindədir. Yaxın saatlarda əraziyə elektrik enerjisinin verilişi bərpa olunacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/yeralti-kabelin-zedelenmesi-neticesinde-bine-qesebesinin-bir-hissesi-isiqsiz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR