Play Store

"Zeytun budağı" əməliyyatı uğurla davam edir - 1829 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) apardığı "Zeytun Budağı" əməliyyatı 34-cü günündə uğurla davam edir.

Metbuat.az məlumat verir ki, TSQ açıqlamasında əməliyyat başlayan gündən 1829 terrorçunun zərərsizləşdirildiyini, 49 PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatı mənsubunun məhv edildiyini bildirib.

TSQ və Azad Suriya Ordusu (ASO) Afrinin şimalındakı Bülbül qəsəbəsinə bağlı Mikdad və Əli Racu kəndlərini YPG/PKK-İŞİD-dən xilas edib. Səhər saatlarında da Cinderes mahalındakı Tell Dilur kəndinin azad edildiyi bildirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

TSQ və əməliyyatlara dəstək verən ASO gücləri əməliyyatın əvvəlindən bu günədək YPG/PKK-İŞİD-in işğalındakı 94 məntəqəni terrorçulardan təmizləyib.

Aysel Yaqubqızı / Metbuat.az

Zərərsizləşdirilən terrorçuların sayı 1780 nəfərə çatıb -"Zeytun budağı" əməliyyatı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR